Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Edinburq şəhərində Azərbaycanın parlaq Zəfərini tərənnüm edən poeziya gecəsi təşkil edilib

Edinburq şəhərində Azərbaycanın parlaq Zəfərini tərənnüm edən poeziya gecəsi təşkil edilib
11.11.2023
A+
A-

 

 

 

 

Edinburq şəhərində Azərbaycanın parlaq Zəfərini tərənnüm edən poeziya gecəsi təşkil edilib

, 2023

 

 

 

 

Edinburq şəhərində Azərbaycanın parlaq Zəfərini tərənnüm edən poeziya gecəsi təşkil edilib
Şotlandiyanın Edinburq şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş poeziya gecəsi keçirilib.

 

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının təşkilatçılığı ilə Edinburq Poeziya Kitabxanasında baş tutan tədbirdə Şotlandiyanın yerli ictimaiyyətinin, əcnəbi xalqların nümayəndələri, elm-mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər. Qonaqlar arasında Edinburq Poeziya Kitabxanasının rəhbəri Asif Xan və Şotlandiya şairəsi Şila Smit də olub.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison 8 Noyabr – Zəfər Günü münasibəilə soydaşlarımızı təbrik edib, bu mühüm hadisəni Azərbaycan şairlərinin poeziyası ilə qeyd etmək istədiklərindən danışıb.

 

 

 

 

“Caspian Circle” təşkilatının yaradıcısı Fuad Ələkbərov isə Azərbaycan irsinin təbliğində və ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Zəfər Gününə həsr olunmuş tədbirdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məmməd Araz kimi Azərbaycan şairlərinin şeirləri səslənib.

 

 

 

 

Tədbir çərçivəsində kitabxana rəhbərliyinə görkəmli Azərbaycan şairləri və mütəfəkkirləri Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi və Səməd Vurğunun kitabları təqdim olunub.

Tədbir Azərbaycan musiqisinin səsləndirilməsi ilə davam edib.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/edinburq-seherinde-azerbaycanin-parlaq-zeferini-terennum-eden-poeziya-gecesi-teskil-edilib-3789

 

 

 

REKLAM ALANI