Finlandiyada soydaşımızın ”Möhtəşəm Bakı” adlı rəsm sərgisi açılıb
2025
Finlandiyada soydaşımızın ”Möhtəşəm Bakı” adlı rəsm sərgisi açılıb
Finlandiyanın Həmeenlinna şəhər kitabxanasında azərbaycanlı rəssam Çingiz Abasovun “Möhtəşəm Bakı” adlı fərdi rəsm sərgisi açılıb.
Sərginin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunması ilə xüsusi əhəmiyyət kəsb edir.
https://x.com/DiasporaAz/status/1956009191732097233
Rəssamın əsərlərində Bakının gözəlliyi, ruhu və müasir görünüşü ilə yanaşı, şəhərin zəngin tarixi və müasir inkişafı yüksək bədii ustalıqla əks olunub.
https://x.com/DiasporaAz/status/1956009191732097233
Çingiz Abasov yaradıcılığında Azərbaycan mədəniyyətinə və dəyərlərinə sadiq qaldığını, əsərləri vasitəsilə ölkəmizin zəngin irsini yaşatdığını deyib. Onun xüsusilə 2021-ci ildə paytaxt Bakıda çəkdiyi “Qarabağ – 30 il və 44 gün” əsəri ictimai marağa səbəb olub. Vətən müharibəsində qazanılan Zəfərə ithaf olunan tabloda xalqımızın mübarizə əzmi, tarixi yaddaşı və gələcəyə inamı əbədiləşib.
https://x.com/DiasporaAz/status/1956009191732097233
Qeyd edək ki, diasporumuzun fəal üzvü olan Çingiz Abasov 30 ildən çoxdur ki, Finlandiyada yaşayır və Azərbaycanın mədəniyyətinin təbliğinə töhfə verir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/finlandiyada-soydasimizin-mohtesem-baki-adli-resm-sergisi-acilib-6072
https://x.com/DiasporaAz/status/1956009191732097233
Büyükelçinin Kuveyt Devleti Elektrik, Su ve Yenilenebilir Enerji Bakanı ile görüşmesi
PROFESYONEL GAYRİMENKUL İZMİR URLA VE ÇANAKKALE BİGA VE GAZİANTEP`DEN MEHMET TAŞ`DAN MEVLANA HAFTASI MESAJI
Birleşik Rusya Genç Muhafızları, Vatan Kahramanları Günü’nü kutlamak için ülke genelinde etkinlikler düzenledi
Adoption of the Periodic Report of the Republic of Tajikistan on the Implementation of the 2003 Convention for the Safeguarding of the Intangible Cultural Heritage and the Current Status of the Elements Inscribed on UNESCO’s Representative List
Tbilisidə III Respublika Gimnastika Festivalı keçirilib
Bratsk’taki bir okul Birleşik Rusya halk programı kapsamında yenilendi