Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

İllinoys ştatının qubernatoru amerikalıları Azərbaycanın Müstəqillik Gününü bayram etməyə çağırıb

İllinoys ştatının qubernatoru amerikalıları Azərbaycanın Müstəqillik Gününü bayram etməyə çağırıb
22.05.2023
A+
A-

 

 

 

İllinoys ştatının qubernatoru amerikalıları Azərbaycanın Müstəqillik Gününü bayram etməyə çağırıb
, 2023

İllinoys ştatının qubernatoru amerikalıları Azərbaycanın Müstəqillik Gününü bayram etməyə çağırıb

ABŞ-ın İllinoys ştatının qubernatoru Cey Robert Pritsker Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb.

Bəyannamədə nəzərə çatdırılıb ki, ABŞ-da yaşayan bütün Azərbaycan əsilli amerikalılar kimi, Çikaqodakı Azərbaycan icması da regional müxtəlifliyə, mədəniyyətlərarası inkişafa, sülhə və çiçəklənməyə öz töhfələrini verirlər.

 

 

 

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) 2015-ci il 15 aprel tarixində fəaliyyətə başladığına və təşkilatın inkişafında uğurlara nail olduğuna diqqət cəlb edilib.

Nəzərə çatdırılıb ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Dünyada yaşayan azərbaycanlıların bu günü böyük qürur hissi ilə qeyd etdiklərini, AXC-nin varisi olan Azərbaycan Respublikasının ABŞ-ın strateji tərəfdaşı olduğunu xatırladan qubernator ştatın sakinlərini bu bayrama qoşulmağa çağırıb.

Qeyd edək ki, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzv-təşkilatı olan ACMA-nın təşəbbüsü əsasında bir neçə gün öncə 28 May – Müstəqillik Günü münasibətilə Çikaqonun mərkəzində Azərbaycan bayrağı qaldırılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/illinoys-statinin-qubernatoru-amerikalilari-azerbaycanin-musteqillik-gununu-bayram-etmeye-cagirib-2974

 

 

REKLAM ALANI