Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

İsveçrədəki Azərbaycan icması Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edib

İsveçrədəki Azərbaycan icması Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edib
31.01.2024
A+
A-

 

 

İsveçrədəki Azərbaycan icması Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edib
2024

 

 

İsveçrədəki Azərbaycan icması Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak edib

 

 

İsveçrənin Davos şəhərində baş tutan Dünya İqtisadi Forumu çərçivəsində “Diplomatiyada elm” və “Planetin sağlamlığına və enerji təhlükəsizliyinə nail olunması: Süni intellekt və rəqəmsallaşmanın töhfəsi” mövzularında keçirilən tədbirlərdə İsveçrədəki Azərbaycan icmasının üzvləri fəal iştirak edib.

 

 

 

“ETH Zurich” və Cenevrə universitetlərinin birgə təşkil etdiyi “Diplomatiyada elm” adlı tədbirə İsveçrənin Xarici İşlər Nazirliyinin, Təhsil, Tədqiqat və İnnovasiya Nazirliyinin rəsmi şəxsləri, BMT-nin milli azlıqlar üzrə rəsmi nümayəndəsi, Avropa ölkələrinin diplomatik korpusunun təmsilçiləri, universitetlərin rəhbərləri və digər yüksək vəzifəli şəxslər qatılıblar.

 

 

 

Erməni icmasının nümayəndələrinin sözügedən tədbirdə çıxış etmək cəhdi uğursuz olub. Beləki, Ermənistan Prezidentinin tədbirdə iştirakının təsdiq olunmasını bəhanə edən ermənilər çıxış etmək üçün təşkilatçılara müraciət ediblər. Lakin soydaşlarımız bu məsələ ilə bağlı təşkilatçılara xəbərdarlıq ediblər. Bildirilib ki, ermənilərin tədbirdə çıxışına şərait yaradılacağı təqdirdə, Azərbaycanın rəsmi nümayəndəsinin də iştirakı və çıxışı təmin olunmalıdır. Vəziyyətin həssaslığını anlayan təşkilatçılar proqrama dəyişik edilməsinin mümkün olmadığını Ermənistan tərəfinin diqqətinə çatdırıblar. Nəticədə Ermənistan nümayəndələri tədbirdə iştirak etməkdən imtina ediblər.

 

 

 

Azərbaycan icmasının təmsilçilərinin birgə səyi nəticəsində “Planetin sağlamlığına və enerji təhlükəsizliyinə nail olunması: Süni intellekt və rəqəmsallaşmanın töhfəsi” adlı tədbirin gündəliyinə Azərbaycanla bağlı məsələ salınıb. Azərbaycanın COP29 sammitinin keçirilməsinə verəcəyi töhfə, eləcə də texnologiyanın, süni intellekt və rəqəmsallaşmanın planetimizin sağlamlığında oynayacağı rol diqqətə çatdırılıb.

 

 

 

Tədbirdə çıxış edən İsveçrə Federal İnstitutunun və Cenevrə Dövlət Universtetinin elmi əməkdaşı Dr. Tural Əliyev diaspor nümayəndələrinin bilik və bacarığın ötürülməsində və lokallaşdırılmasında oynadığı rolun əhəmiyyətindən danışıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecredeki-azerbaycan-icmasi-davosda-dunya-iqtisadi-forumu-cercivesinde-kecirilen-tedbirlerde-feal-istirak-edib-4150

 

 

 

REKLAM ALANI