Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkı açılıb

  Türkiyənin <a href="https://twitter.
Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkı açılıb
Yayın: 04 Kasım 2022 KÜLTÜR SANAT Google News

 

 

 

 

 

 

 

Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkı açılıb

4 noyabr, 2022

Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkı açılıb

Türkiyənin Kayseri şəhərində Azərbaycan Qardaşlıq Parkının təntənəli açılış mərasimi keçirilib.

 

Tədbir Kayserinin Talas Bələdiyyəsinin və Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Mərasimi açıq elan edən Talas bələdiyyəsinin sədri Mustafa Yalçın bildirib ki, Kayseridə qardaş Azərbaycana hər zaman xüsusi münasibət bəslənilir. “Talas bələdiyyəsi olaraq belə mötəbər tədbirə ev sahibliyi etdiyimiz üçün qürur duyuruq”, – deyə bələdiyyə sədri vurğulayıb.

 

Tədbirin layihə rəhbəri və təşəbbüskarı olan Azərbaycan-Türkiyə Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin həmtəsisçisi və fəxri prezidenti Nəcəf Qənbərov türk dünyasının parlaq zəfərlərindən biri olan 44 günlük Vətən müharibəsi dövründə və sonra iki Prezidentin – iki Ali Baş Komandanın bütün dünyaya göstərdiyi birlikdən danışıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının bu parkda öz əksini tapdığını nəzərə çatdırıb. Bu layihənin gerçəkləşdirilməsi üçün göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Kayseri şəhər rəhbərliyinə minnətdarlığını bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Haciyev çıxışı zamanı Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və birliyimizin daim olmasını arzulayıb. Azərbaycan və Türkiyə Prezidentlərinin öz millətinin və dövlətinin lideri olmağı bacarmış siyasətçilər olduğuna, mürəkkəb siyasi proseslər dövründə apardıqları siyasətin yalnız öz dövlət və millətinin mənafeyinə xidmət etdiyinə diqqəti cəlb edib.

 

Tədbirdə çıxış edən Kayseri Böyükşəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Azərbaycan Qardaşlıq Parkının yaradılmasının önəmindən bəhs ediblər.

 

Ədalət və İnkişaf Partiyası sədrinin müavini Mehmet Özhasekinin, Zəngilana səfərləri zamanı keçirdikləri qəza səbəbindən tədbirdə iştirak edə bilməyən Türk Şurası Ağsaqqallar Birliyinin sədri Binəli Yıldırımın və Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın təbrik məktubları oxunub. Onlar parkın açılışını Azərbaycan və Türkiyə qardaşlığının sevinc, qürur və uğur günü kimi dəyərləndiriblər. Könüllərinin hər zaman Azərbaycanla birlikdə olduğunu, gələcəkdə Şuşa Mədəniyyət Evinin açılış törənində iştirak edəcəklərinə ümid etdiklərini və bundan qürur duyacaqlarını bildiriblər.

 

Sonra Azərbaycan Qardaşlıq Parkının qırmızı lenti kəsilib. Parkın ərazisində Qarabağın və Şuşanın rəmzlərindən biri olan İsa bulağı tikilib, Azərbaycanın qan yaddaşı sayılan Xocalı soyqırımı qurbanlarının abidəsi ucaldılıb. Bu parkda tikiləcək Şuşa Mədəniyyət Evinin təməli qoyulub.

 

Qeyd edək ki, açılış mərasimində Erciyes Universitetinin, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/kayseri-seherinde-azerbaycan-qardasliq-parki-acilib-1829

 

 

 

 

 

Son Güncelleme: 04 Kasım 2022