Millət vəkili Məşhur Məmmədov, “Fundamental nailiyyətlər”, ÖZEL

Millət vəkili Məşhur Məmmədov, “Fundamental nailiyyətlər”, ÖZEL   Məşhur Məmmədov Milli Məclisin deputatı,   “Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il keçir.
Millət vəkili Məşhur Məmmədov, “Fundamental nailiyyətlər”, ÖZEL
Yayın: 10 Nisan 2023 Bugün, GÜNDEM Google News

Millət vəkili Məşhur Məmmədov,
“Fundamental nailiyyətlər”, ÖZEL

 

Məşhur Məmmədov
Milli Məclisin deputatı,

 

“Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 5 il keçir. O dövr üçün növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərə nəzər salaq.
Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü

növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdir.

Bütün nüanslar nəzərə alınaraq 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı. Cənab Prezidüntin seçkidə qələbə qazanması gözlənilən idi. Qazanılmış qələbənin arxasında cənab İlham Əliyevin rəhbərlik etdiyi son 15 il ərzində ölkənin dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi arqumentlər dayanırdı.

Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmiş, ölkənin enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirilmiş və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb etmişdir.

Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yenilənmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir.
Ötən dövr ərzində qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addım atıldı.

2018-ci ilin aprel ayında seçkilərdən dərhal sonra Prezident İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman imzaladı. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdu.

Cənab İlham Əliyevin yenidən Prezident seçilməsindən ötən 5 il ərzində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də ciddi nailiyyətlər qazanılmışdır.

Həyata keçirilmiş iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir.

Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi illərində son 5 ilin fundamental nailiyyətləri Azərbaycanı Qafqazda söz sahibinə çevirmiş, ölkəmizin turistlərin və sahibkarların üz tutduğu ilk sıralarda yer almasına nail olmuşdur. Son 5 ilin kuliminasiyası 44 günlük Vətən Müharibəsi və Zəfər qələbəmizdir.
44 günlük müharibə nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı. 44 gün davam edən və “Vətən müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladı. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu.

Göründüyü kimi, Azərbaycan cənab İlham Əliyev yeni Prezidentliyi dönəminin ilk 5 ilində həyata keçirdiyi düşünülmüş mütərəqqi və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirdi. Cənab İlham Əliyev fəaliyyəti dövründə hər addımında güclü dövlət, təminatlı xalqın əsas prioritet olduğunu göstərir. Özünün çıxışlarından birində qeyd etdiyi kimi: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Ülker Piriyeva/ AZERBAYCAN

Son Güncelleme: 10 Nisan 2023