Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Moskva vilayətindəki icmamız Türkiyəyə yardım kampaniyasında fəal iştirak edib

Moskva vilayətindəki icmamız Türkiyəyə yardım kampaniyasında fəal iştirak edib
18.02.2023
A+
A-

 

 

 

Moskva vilayətindəki icmamız Türkiyəyə yardım kampaniyasında fəal iştirak edib
18 fevral, 2023
Moskva vilayətindəki icmamız Türkiyəyə yardım kampaniyasında fəal iştirak edib
Rusiyanın Moskva vilayətində yaşayan Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.

Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının sədri Elşən İbrahimov bildirib ki, İstra, Ruza, Balaşixa, Korolyov, Serpuxov, Volokolamsk, Sergiyev Posad, Pavlovski Posad, Naro-Fominsk, Şelkovo şəhər dairələrinin azərbaycanlıları humanitar yardım kampaniyasında fəal iştirak ediblər. Soydaşlarımızın köməyi ilə zəlzələdən zərərçəkmişlər üçün 2 milyon 781 min rubl (63 min manat) dəyərində maddi və humanitar yardım toplanıb.

Sonra Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyət ictimai təşkilatının bir qrup fəalı Türkiyənin Moskvadakı səfirliyini ziyarət edib və humanitar yardımı diplomatik missiyaya təhvil verib.

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsarla görüşü zamanı Elşən İbrahimov soydaşlarımız adından dərin hüznlə başsağlığı ifadə edib və humanitar yardım kampaniyası barədə məlumat verib. Türkiyə səfiri yardım göstərən hər bir həmvətənimizə minnətdarlığını bildirib.

Qeyd edək ki, Türkiyənin ATV kanalının yayımladığı süjetdə Moskvada yaşayan azərbaycanlıların da qardaş ölkənin kədərinə ən dərin şəkildə ortaq olduğuna diqqət cəlb edilib. Süjetdə Elşən İbrahimovun Moskva regionunda yaşayan azərbaycanlıların qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə yer verilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/moskva-vilayetindeki-icmamiz-turkiyeye-yardim-kampaniyasinda-feal-istirak-edib-2402

 

 

 

REKLAM ALANI