Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Moskvadakı elm-tarixi forumda Azərbaycanın Kursk döyüşlərindəki töhfələrinə diqqət cəlb edilib

Moskvadakı elm-tarixi forumda Azərbaycanın Kursk döyüşlərindəki töhfələrinə diqqət cəlb edilib
03.09.2023
A+
A-

 

 

 

 

Moskvadakı elm-tarixi forumda Azərbaycanın Kursk döyüşlərindəki töhfələrinə diqqət cəlb edilib
, 2023

 

 

 

Moskvadakı elm-tarixi forumda Azərbaycanın Kursk döyüşlərindəki töhfələrinə diqqət cəlb edilib

Rusiyanın paytaxtı Moskvada Kursk döyüşlərindəki qələbənin 80-ci ildönümü münasibətilə keçirilən elmi-tarixi forumda Azərbaycanın II Dünya müharibəsi zamanı Kursk döyüşlərinə verdiyi töhfələrdən bəhs edilib.

 

 

 

“Poklonnaya Qora”da yerləşən “Qələbə” Muzeyində baş tutan tədbirdə Rusiya Müdafiə Nazirliyinin, Moskvanın qanunverici və icraedici orqanlarının təmsilçiləri, hərbi tarixçilər, veteran, ictimai və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

 

 

Forumda çıxış edən tibb elmləri doktoru, professor, tanınmış rusiyalı kardioloq Mehman Məmmədovun “Kursk qövsündə azərbaycanlıların qəhrəmanlığı” adlı məruzəsində iki əsas istiqamət – Azərbaycan hərbçilərinin şücaəti və Kurskdakı qələbədə Bakı neftinin rolu əks olunub. Alim bildirib ki, Kurskda gedən 50 günlük döyüşlərin qəhrəmanları arasında azərbaycanlılar da olub. Məruzəçi 23 yaşlı ilk azərbaycanlı qadın pilot Züleyxa Seyidməmmədova və pilot Cahangir Bağırovun qəhrəmancasına çoxlu sayda döyüş tapşırıqları yerinə yetirdiklərinə diqqəti yönəldib.

 

 

 

Almanların Kursk çıxıntısında fəallaşdıqları, “Abver” xüsusi xidmətinin Bakı istiqamətində fəaliyyətini gücləndirdiyi dövrdə Bakı neftçilərinin fasiləsiz çalışaraq cəbhəyə və ilk növbədə Kurska 5 milyon tondan çox müxtəlif neft məhsulları göndərdikləri, yanacaq-sürtkü materiallarının 90%-dən çoxunun ünvanının Bakı olduğu nəzərə çatdırılıb.

Forum iştirakçıları professor Mehman Məmmədovun çıxışını alqışlarla qarşılayııblar. Müzakirələr zamanı rusiyalı hərbi ekspert Aleksey İsayev 1941 – 1945-ci illərdə qələbənin qazanılmasında Azərbaycan neftinin böyük rol oynadığını xüsusilə vurğulayıb.

 

 

 

 

Qeyd edək ki, Moskva hökumətinin təşəbbüsü ilə Kursk döyüşləri barədə elmi məqalələr toplusu dərc olunacaq. Professor M.Məmmədovun “Mühərriklər savaşı və Xəzər nefti” və “Kursk qövsündə azərbaycanlıların qəhrəmanlığı” adlı iki məqaləsi topluda yer alacaq.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/moskvadaki-elm-tarixi-forumda-azerbaycanin-kursk-doyuslerindeki-tohfelerine-diqqet-celb-edilib-3416

 

 

REKLAM ALANI