Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Özbəkistanda Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Nəsil ağacı” sənədli filminin təqdimatı keçirilib

Özbəkistanda Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Nəsil ağacı” sənədli filminin təqdimatı keçirilib
14.03.2024
A+
A-

Özbəkistanda Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Nəsil ağacı” sənədli filminin təqdimatı keçirilib
2024

 

 

 

Özbəkistanda Qərbi Azərbaycana həsr olunmuş fotosərgi və “Nəsil ağacı” sənədli filminin təqdimatı keçirilib
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgi və “Nəsil ağacı” sənədli filminin təqdimatı baş tutub.

Tədbirdə Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgidə Qərbi Azərbaycan ərazisində Azərbaycanın tarixi abidələrinə, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və s. mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələrə aid fotolar nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov əzəli Azərbaycan torpaqları olan Qərbi Azərbaycan ərazilərində xalqımızın min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri haqqında danışıb, onların öz yurd yerlərindən qovulmasını tarixi ədalətsizlik adlandırıb. O, soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inamını da ifadə edib.Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışına həsr olunan “Nəsil ağacı” sənədli filminin yaradıcı heyəti adından çıxış edən ssenari müəllifi Ayaz Mirzəyev və prodüser Elnur Niftəliyev tədbirin təşkilinə görə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra “Nəsil ağacı” sənədli filmi nümayiş olunub. Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən hazırlanıb. Filmdə Qərbi Azərbaycanın qədim tarixindən, etnoqrafiyasından, mətbəxindən, tanınmış şəxsiyyətlərindən və yaralı insan talelərindən bəhs edilir, XX əsrdə öz yurdlarından – hazırkı Ermənistan ərazisindən 4 dəfə kütləvi deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapır.

Sonda çıxış edən Özbəkistanda yaşayan Qərbi Azərbaycandan olan icma nümayəndələri azərbaycanlıların öz doğulduqları ata-baba yurdlarına qayıtmalarının onların haqları və hüquqları olduğunu qeyd edərək, Vətən torpaqlarına qayıdışa inandıqlarını söyləyiblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ozbekistanda-qerbi-azerbaycana-hesr-olunmus-fotosergi-ve-nesil-agaci-senedli-filminin-teqdimati-kecirilib-4379

 

 

REKLAM ALANI