Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub
01.09.2023
A+
A-

 

 

 

 

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub

, 2023

Özbəkistanda təhsil alan bir qrup tələbə ölkəmizdə səfərdə olub

 

 

 

Özbəkistanda təhsil alan bir qrup azərbaycanlı və özbək tələbə Azərbaycanın paytaxtı Bakıya səfər edib.

 

22-25 avqust tarixində baş tutan səfərdə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 3 tələbəsi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin 4 tələbəsi iştirak edib. Səfər zamanı gəncləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru müşayiət edib.

 

 

 

Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən qonaqlar müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

 

 

 

 

Qonaqlar ekskursiya proqramına uyğun olaraq Qız qalasını, “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyini, Milli Azərbaycan Tarixi Muzeyini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini, Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Özbəkistanlı gənclər Diasporla İş üzrə Dövlət Komitəsində və Milli Məclisdə olublar.

Tələbələr Azərbaycana səfərlərinə dəstək göstərən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Komitənin adından tələbələrə xatirə hədiyyələri təqdim edilib.

 

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ozbekistanda-tehsil-alan-bir-qrup-telebe-olkemizde-seferde-olub-3412

 

 

REKLAM ALANI