Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Politoloq Ülkər Piriyeva – “Dünya siyasət nəhəngi Heydər Əliyev və azərbaycançılıq ideologiyası”

Politoloq Ülkər Piriyeva – “Dünya siyasət nəhəngi Heydər Əliyev və azərbaycançılıq ideologiyası”
11.05.2022
A+
A-

Politoloq Ülkər Piriyeva – “Dünya siyasət nəhəngi Heydər Əliyev və azərbaycançılıq ideologiyası”

Açıklama yok.

1453 Kral Medya Haber ajansının Azərbaycan təmsilçisi – Politoloq Ülkər Piriyeva
Şübhəsiz ki, tarixin silinməz səhifələrində əbədi iz buraxmaq hər bir siyasətçinin, dövlət başçısının və eyni zamanda, hər bir xalqın taleyinə yazılan xoşbəxtlik deyil.

 

Bütün həyatını xalqının işıqlı gələcəyinə, Azərbaycanın çiçəklənməsinə həsr etmiş Ulu öndər Heydər Əliyevi tarixə və xalqının ürəyinə əbədi yazan, ilk növbədə, Vətəninə, xalqına, milli-mənəvi dəyərlərə – dilə, mədəniyyətə və ədəbiyyata sonsuz məhəbbəti, onların qorunması və inkişafı yolunda bütün dövrlərdə apardığı mübarizədir. Dövrün sərt qadağalarına baxmayaraq onun milləti, vətəni naminə göstərdiyi cəsarəti, əzmi və gördüyü tarixi işlər Azərbaycanın bu günü üçün həyata keçirdiyi nadir və nəhəng layihə idi.

Açıklama yok.

Azərbaycanın müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində, beynəlxalq dərəcədə nüfuz qazanmasında, ölkəmiz və xalqımızın digər ölkələr və xalqlar arasında münasibətlərinin inkişafında Heydər Əliyevin tarixi rolu misilsizdir.

Qeyd edim ki, hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq səviyyədə qazandığı layiqli yerlərlə hər zaman qırılmaz şəkildə bağlı olacaqdır. Fəxarətlə bildirməliyəm ki, Heydər Əliyevin adı öz torpağı ilə qırılmaz tellərlə bağlıdır. Heydər Əliyev Azərbaycanın ulu öndəri idi. Böhran vaxtlarında ölkəyə sabitlik gətirdi. Müasir, müstəqil Azərbaycanın inkişafı, ölkədəki ictimai-siyasi vəziyyətin sabitliyi və regionda yorulmadan sülh axtarışları Ümummilli liderə bütün dünyada böyük nüfuz qazandırmışdır. Onun gördüyü işlər və xidmətləri Azərbaycan xalqının və bütün xalqların yaddaşında əbədi olaraq yaşayacaqdır. Bəli, xalqımın böyük oğlu Heydər Əliyev bütün həyatını öz xalqına, Vətəninə fədakar xidmətə həsr etmişdir.

Açıklama yok.
Onu həmişə böyük vətənpərvər, dostluq münasibətlərinin möhkəmlənməsi, demokratik prinsiplər, Avropada və bütün dünyada sabitlik və təhlükəsizlik naminə mübariz kimi tanıyıb və qiymətləndiriblər.

Ulu Önder təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən tanınmış dövlət xadimlərindən biridir. O, böyük dövlət xadimi idi və əlbəttə ki, tamamilə mübaliğəsiz deyə bilərik ki, o, siyasi nəhəng idi. Ona böyük hörmət, sevgi var idi, bugün də var və əbədi olacaqdır.

Xalqımın böyük oğlu azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi əsasına çevirdi. Bəli, Ümummilli liderin səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq realizə imkanları qazandı.
O hər daim bildirirdi ki, məhz, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün elmi-nəzəri vasitədir. Azərbaycançılıq ideologiyası milli mənsubiyyətimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə inteqrasiyasından bəhrələnməkdir. Belə ki, xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu əsasdır. Fəxrlə qeyd edə bilərəm ki, müasir və müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıq ideologiyasıdır. Bu ideayanın təməlinə dayanaraq hər bir vətəndaşımız Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır. Məhz bu ideologiya əsaslarında cəmiyyətimizin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşuq.
Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən əsas amildir.
Bu gün də Ulu Öndərimizin siyasi-fəlsəfi məktəbinin layiqli davamçısı ölkə rəhbərimiz görkəmli siyasi xadim prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan Qarabağ torpaqlarımız onun siyasi səriştəsi, diplomatik gücü və ordumuzun şücaəti, eyni zamanda xalqımızın və bütün dünyadakı soydaşlarımızın məhz Ümummilli liderimizin bizlərə miras qoyduğu azərbaycançılıq ideologiyası əsasında birləşərək düşmənə həm siyasət meydanında, həm də savaş meydanında həddini bildirdi və doğma torpaqlarımızdan birdəfəlik mənfur düşmənlərimizi qovdu, torpaqlarımızı azadlığına qovuşdurdu. Bəli azərbaycançılıq ideologiyası sosial-fəlsəfi məzmunu müəyyənləşdirən konsepsiyadır – ki, azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji təməldir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur – ki, biz və bütün dünya bunun 44 günlük Vətən müharibəmizdə şahid olduq. Heç şübhəsiz, milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir – ki, hamımız bu il cənab Prezidentimizin elan etdiyi Şuşa ilində Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Dünya azərbaycanlılarının V qurultayı”nda bunun şahidi olduq. Onları məhz Ulu Öndərin milli konsepsiyası olan azərbaycançılıq ideologiyası birləşdirirdi. Qafqazların incisi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı və Zəfər Qurultayı adlanan bu tədbirdə Prezident İlham Əliyevin söylədiyi nitqində verdiyi mesajlar dünya mətbuatının da diqqətindən yan qaçmadı. Belə ki, dünya mediası Prezident İlham Əliyevin – “Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq, Ermənistanın uydurduğu mifologiyanın məhv edilməsi, Şuşanın ermənilər üçün yad şəhər olması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağı” ilə bağlı fikirlərini bütün dünyanın diqqətinə xüsusi çatdırdı. Bütün bunları göz önündə bulunduraraq qeyd etməliyəm ki, düşməni Dəmir Yumruq siyasəti ilə məhv edən böyük strateg möhtərəm Prezident İlham Əliyev tarixi şəxsiyyət, nəyinki azərbayacan xalqının, bütün Türk dünyasının Ulu Öndəri olan Heydər Əliyevin bir ata kimi vəsiyyətini layiqincə yerinə yetirdi və onun bu böyük amalı uğrunda bütün dünya azərbaycanlıları “azərbaycançılıq ideologiyası” əsasında sıx birləşərək Azərbaycan xalqının Zəfər tarixini yazdı.
Bəli, Ümummilli lider eyni zamanda – “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” deyirdi. Əlbəttə bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası məhz, ümummilli lider tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin uğurlu nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğruldurlar.
Böyük fəxarət hissi ilə qeyd edirəm ki, Ulu Öndərin ifadə etdiyi kimi, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

Ulu Öndərə dərin hörmət və ehtiram ilə..
Yeni Azərbaycan Partiyasının üzvü, 1453 Kral Medya Haber ajansının Azərbaycan təmsilçisi Politoloq Ülkər Piriyeva

Açıklama yok.

Açıklama yok.

 

REKLAM ALANI