Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Qazaxıstandakı Novruz festivallarında diasporumuz təmsil olunub

Qazaxıstandakı Novruz festivallarında diasporumuz təmsil olunub
24.03.2023
A+
A-

 

 

 

Qazaxıstandakı Novruz festivallarında diasporumuz təmsil olunub
23 mart, 2023
Qazaxıstandakı Novruz festivallarında diasporumuz təmsil olunub

Qazaxıstanın Almatı, Aktau, Kostanay və Türküstan vilayətlərində keçirilən Novruz festivallarında Azərbaycan diasporu fəal iştirak edib.

Aktau şəhərində baş tutan ənənəvi Novruz festivalında icmamızı “Dostluq” Azərbaycan Etnomədəni Birliyi təmsil edib.

Birliyin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonunda ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini və milli mətbəxini əks etdirən eksponatlar, rəmzlər, nümunələr təqdim olunub. Birlik sədri Şəmsəddin Hüseynov və Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı v.i.e Elçin Məmmədov vilayətin rəsmi şəxslərini və qonaqları qarşılayıblar. Ölkəmizdə Novruzun geniş şəkildə qeyd edildiyi, parlaq Zəfərimizdən sonra Novruz tonqallarının azad olunmuş Qarabağ torpaqlarında da alovlandırıldığı nəzərə çatdırılıb, qonaqlara Novruz hədiyyələri təqdim olunub.

Milli geyimli gənclərimiz pavilyonun önündə rəqslərimizi nümayiş etdiriblər.

Almatının Alatau rayonunda Novruz bayramı münasibətilə keçirilən 3 günlük festivalda Azərbaycanlı Qadınlar Komitəsinin üzvləri fəal iştirak ediblər.

 

 

 

 

 

Azərbaycan guşəsində qədim tariximizi, zəngin mədəniyyətimizi, adət-ənənələrimizi, milli mətbəximizi əks etdirən eksponatlar, suvenirlər, milli mətbəx nümunələri və Novruz xonçası nümayiş etdirilib. Milli geyimli azərbaycanlı uşaqlar doğma dilimizdə Novruza həsr olunmuş şeirlər söylərib, rəqslərimizi təqdim edib, yumurta döyüşdürüblər.

Almatı sakinləri və turistlər Azərbaycan guşəsinə böyük maraq göstəriblər.

Kostanay vilayətində keçirilən Novruz festivalında icmamızı “Birlik” ictimai birliyi təmsil edib. Rəsmi şəxsləri və müxtəlif millətlərin nümayəndələrini Azərbaycan pavilyonunda qarşılayan birlik sədri Rafail Hacıbalayev diasporumuz adından festival iştirakçılarını təbrik edib və xoş arzularını bildirib. Rəsmi şəxslər və digər qonaqlar zəngin Azərbaycan süfrəsinin qonağı olublar.

Türküstan vilayətinin Sarıaqaş rayonunun Jibek Jolı kəndində təşkil olunan festivalda icmamızı “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin Sarıaqaş filialının üzvləri təmsil ediblər. Festival zamanı qızlardan ibarət rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.

“Türkistan” televiziyasının “Turan Today” proqramına canlı qoşulan “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin rəhbəri Ramilə Mustafayeva ölkəmizdəki Novruz ənənələri barədə ətraflı məlumat verib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/qazaxistandaki-novruz-festivallarinda-diasporumuz-temsil-olunub-2665

 

 

 

REKLAM ALANI