Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Qırğızıstanda diaspor məsələlərinin müzakirəsinə dair görüşlər keçirilib

Qırğızıstanda diaspor məsələlərinin müzakirəsinə dair görüşlər keçirilib
02.06.2024
A+
A-

Qırğızıstanda diaspor məsələlərinin müzakirəsinə dair görüşlər keçirilib

, 2024

Qırğızıstanda diaspor məsələlərinin müzakirəsinə dair görüşlər keçirilib

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Əliyeva Qırğızıstan Xalq Assambleyasının sədri Almanbet Matubraimov ilə görüşüb. Komitə əməkdaşı Assambleyanın sədrinə Komitə sədri Fuad Muradovun salamlarını çatdıraraq Azərbaycan diasporunun fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və A.Matubraimova xatirə hədiyyəsi təqdim edib. A.Matubraimov Qırğızıstan Xalq Assambleyasının fəaliyyəti haqqında danışıb və Komitə sədrini və nümayəndə heyətini bu ilin iyun ayında dövlət səviyyəsində keçiriləcək Qırğızıstan Xalq Assambleyasının 30 illiyik yubiley tədbirinə dəvət edib.

Görüş qurumlar arasında əməkdaşlığın uğurla davam etdirilməsi istiqamətində müzakirələrlə davam edib.

Daha sonra Komitə əməkdaşı Qırğızıstan Xalq Assambleyasının inzibati binasındakı Azərbaycan diasporunun ofisində fəaliyyət göstərən “Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev və idarə heyətinin bir qismi ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Qırğızıstan ölkə başçılarının qarşılıqlı səfərləri məmnunluqla vurğulanıb, Qırğızıstandakı diasporun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan dilinin tədrisi və tələbələrin ona olan marağı, eyni zamanda qırğız və Azərbaycan dillərinin inkişafı ilə bağlı məsələlər, Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən irimiqyaslı layihələr və cari ildə Laçın rayonunda keçiriləcək Diaspor Gənclərinin V Yay Düşərgəsi müzakirə olunub.

Komitə adından Birliyə suvenirlər, döş nişanları, dərsliklər və milli geyimlər təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qirgizistanda-diaspor-meselelerinin-muzakiresine-dair-gorusler-kecirilib-4768

 

REKLAM ALANI