Soydaşlarımız medallarla təltif edilib
2024
Soydaşlarımız medallarla təltif edilib
Diasporla İş üzrə Dövlət Komitəsində soydaşlarımız Fəridə Pənahovaya və Niyazi Hacıyevə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Füzuli Qənbərova və Leyla Məsimliyə isə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.
Onlarla görüş zamanı xaricdəki Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqətində olduğu vurğulanıb. Soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyası, Azərbaycan həqiqətlərinin təbliğ olunması, zəngin mədəni irsimizin və mədəniyyətimizin tanıdılması istiqamətindəki fəallığı yüksək qiymətləndirilib. Ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yerinin olması və gələcək fəaliyyətlə bağlı tövsiyələr nəzərə çatdırılıb.
Fəridə Pənahova, Niyazi Hacıyev, Füzuli Qənbərov və Leyla Məsimli fəaliyyətlərinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlıqlarını bildiriblər. Hər iki soydaşımız yaşadıqları ölkələrdəki Azərbaycan icmasının vətənimizdə gedən prosesləri yaxından izlədiyini, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini qeyd ediblər. Bundan sonra da diasporumuzun fəaliyyətinin daha mütəşəkkil təmin olunması naminə səylərini əsirgəməyəcəklərini, Azərbaycanın milli maraqlarının təbliği və qorunması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini söyləyiblər.
Qeyd edək ki, Fəridə Pənahova Böyük Britaniya və Şimali İrlandiya Krallığında yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının üzvü, Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən onlayn “Qarabağ” məktəbinin təsisçisi, Niyazi Hacıyev “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Füzuli Qənbərov Ukrayna Azərbaycanlıları Radasının Poltava Vilayəti İctimai Təşkilatının rəhbəri, Leyla Məsimli Koreya Respublikasında yaşayan soydaşımız, diaspor fəalı, İNHA Universitetinin məzunu, təhsil üzrə tədqiqatçı, fəlsəfə doktorudur.
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/soydaslarimiz-medallarla-teltif-edilib-5379
Владимир Якушев предложил сделать симпозиум в формате «БРИКС — Европа» постоянной площадкой для альтернативного межпарламентского и межпартийного общения
Vladimir Yakushev, Rusya ve Tacikistan’daki iktidar partileri arasındaki siyasi diyaloğun yoğunlaştırılması çağrısında bulundu
Владимир Якушев: В непростой геополитической обстановке Венесуэла остаётся одним из главных партнёров России в Латинской Америке
В Москве при поддержке «Единой России» определили победителей VIII Большого Детского фестиваля
При поддержке «Единой России» в Верхнем Уфалее Челябинской области состоялся чемпионат по лёгкой атлетике
Ilham Aliyev addressed 7th Consultative Meeting of Heads of State of Central Asia