Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Tallinndəki gimnaziyada Azərbaycan Günü təşkil edilib

Tallinndəki gimnaziyada Azərbaycan Günü təşkil edilib
19.11.2022
A+
A-

 

 

 

Tallinndəki gimnaziyada Azərbaycan Günü təşkil edilib
2022

Tallinndəki gimnaziyada Azərbaycan Günü təşkil edilib

Estoniyanın paytaxtı Tallinn şəhərində yerləşən Arte gimnaziyasında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanın təqdimatı keçirilib.

 

Karyera Təhsil Akademiyasının təşkilatçılığı, Estoniya Təhsil və Elm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə gimnaziyanın rəhbərliyi və müəllim-şagird heyəti iştirak edib.

 

Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əliyeva müstəqil Azərbaycan dövlətin rəmzləri, Bayraq Gününün tarixi, zəngin mədəniyyətə, adət-ənənələrə və multikultural dəyərlərə malik olan ölkəmizin iki il öncə Qarabağda əldə etdiyi misilsiz qələbə barədə məlumat verib, tədbir iştirakçılarının sullarını cavablandırıb.

 

Sonra Heydər Əliyev Fondunun sifarişi ilə çəkilən “Odlar Yurdu Azərbaycan” adlı sənədli filmi təqdim olunub.

 

Tədbir milli mətbəximizin nümunələrinə həsr olunmuş ustad dərsləri ilə davam etdirilib. Gimnaziyanın şagirdləri bu maraqlı prosesdə iştirak ediblər.

 

Sonda Arte gimnaziyasının kitabxanasına ingilis dilində Azərbaycana həsr olunmuş kitablar təqdim olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/tallinndeki-gimnaziyada-azerbaycan-gunu-teskil-edilib-1949

 

 

REKLAM ALANI