Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İzmir °C

Vaqif Məmişova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

Vaqif Məmişova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib
05.04.2024
A+
A-

Vaqif Məmişova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib
5 aprel, 2024

 

 

 

Vaqif Məmişova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov və həmin təşkilatın icraçı direktoru Rəşadə Orucovayla görüşüb.

Qonaqları salamlayan Komitə sədri Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Vaqif Məmişov diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Görüş zamanı Rusiya Federasiyasındakı Azərbaycan diasporunun mövcud vəziyyəti, cari planlar, gələcək perpektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Vaqif Məmişova Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Rəşadə Orucovaya isə Azərbaycan diasporunun fəaliyyətinə verdiyi mühüm töhfəyə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.

Qeyd edək ki, Rusiyada Azərbaycan diasporunun inkişafına əhəmiyyətli töhfələr verən Vaqif Məmişov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə 2006-cı ildə “Tərəqqi” medalı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə 2022-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/vaqif-memisova-heyder-eliyevin-100-illiyi-1923-2023-yubiley-medali-teqdim-edilib-4511

 

REKLAM ALANI